29 Ağustos 2009 Cumartesi

Yaşıl xəayl

Yaşıl xəyallar varmış
Könlünü doldur buludlarla
Yağmur yağacaq, yağacaq
ruhunun örüşlərinə.
Görüşlərinə,
görünəcək görmədiklərin
Dibçəkdəki gülünüz var yaa
Onu deyirəm...
Bilirsənmi?
Onun köku dibçəkdə deyil maralım,
Torpaqdadır.
.............
Söyləyə bilmədiyin bir sözcük var dilinin ucunda,
Dilini ve dodaqlarını yandırıb-yaxar.
Burax yansın dodaqların,
yandırsın dodaqlarını
çatlasın dodaqların bu deyə bilmədiyin sozlərin atəşində

Nəm öpücüklərimlə söndürəcəyəm,

Qorxma!

Yanıb kül olmanı istəməm.
..............
Gecə olduğunda
Barmaqlarını öncə saçlarına daraq et eyvanda
Sonra burax fəzanın boşluğuna
Bir nəfes toxunacaq ellərinə
Yanaqlarına
Içinde bir şərqi duyacaqsan
Heç duymadığın bir şərqi
Içindən duyduğunu sanacaqsan!
Aaahhhh, səəəənnn,
Bilməz olacaqsan ki, içindən deyil,
Dişindan gəlir bu səs.
Mən uzaqda deyiləm, yanındayam
Uzaqlıq, nəfəsindəki duyğulardır.
Qəlbinin, düşlərinin istəklərini
Röyalarını yükləsən nəfeslərinə
Uzaqlıq yaxınlığa dönüşəcək.
.......................
Sabah, yuxudan oyandığında
Yanağında bir iz görsən
Dodaqlarında dolaşan sıcaq bir nəfəsi hiss etsən
Röyalarını düşün
Unutduğun röyaları.
Heç vaxt anımsamayacağın yuxuları...
.....................
Nə yaxşı ki, yuxularımızı unuduruq.
...........................
Bilirsənmi?
küləklər gəlib keçir pəncərəmin önündən.
Özünü pəncərəmin şüşəsinə çırpıb uzaqlaşan küləklər...
Küləklər səferde olduqlarını duyururlar
Içimdə yolçuluq duyğuları oyanır
yanımda bir bayan var...
əlimi uzatsam çatar
Ancaq uzaqlarda...
Içimdə bir yolçuluq həyəcanı var...
Bu aydınlıq məni tərk etmədi, gözelim.
Hər zaman bir istək girdi içimə
Bir düyün açıldı içimdə
Bir ildırım çaxdı
Səvgi nə imiş ki?
Həp sözcüklərlə anlatmaq istədik
anlatamadıq
Şərqilərimizə hopdu zərrə - zərrə
Dans etdik
dans etdirdi bizi bilmədiyimiz bir güc
Adı sevgi imiş.
Uzaqdakı adamı içimizə soxan
Uzaqlığı ortadan qaldıran.
tanımazdıq bir birimizi
tanıyar olduq
...........
Məni öpüşünün ipklərinə bük gizlin gecələr
Sev məni
Göyün altında, yerin üstündə
..........
dağların başında günbatan çağı
görünməyen əsintilərin dalğalandırdığı xəyallar var
Bütünlüyümüzü orda görərik
"orda" olalim, "orda"
Hər kəsin bir "orası" var
Bizim də bir "ora"mız olsun
"Ora"
"bir" olduğumuz "ora"da

Hiç yorum yok:

Yorum Gönder